Yer kürəsində minlərlə təbii hadisə baş verir ki, onlardan ən təsirli və eyni zamanda təhlükəli olanı vulkan püskürmələridir. Vulkanlar Yer qabığının dərin qatlarında baş verən hərəkətlərin nəticəsində əmələ gəlir və bəzən böyük fəlakətlərə səbəb olur.
"Tehsil365" xəbər verir ki,hazırda Yer üzərində təxminən 1 500 fəal vulkan mövcuddur. Onların bəziləri hər il püskürür, lakin çoxu okeanların dərinliklərində yerləşdiyi üçün gözlə görünmür. İndoneziya dünyada ən çox aktiv vulkana sahib ölkə hesab olunur. Bu ölkədə yerləşən vulkanlar həm alimlərin, həm də turistlərin diqqət mərkəzindədir.
Mütəxəssislər bildirir ki, vulkanlar Yer qabığının öyrənilməsində mühüm rol oynayır. Eyni zamanda, onlar insanlara təbiətin gücünü və ona hörmətlə yanaşmağın vacibliyini bir daha xatırladır.

