"Wikipedia"da insanlar tərəfindən səhifə baxışlarının sayı son bir il ərzində 8% azalıb.
“Tehsil365” bu barədə "Wikimedia" fondunun saytına istinadən xəbər verir.
Bildirilir ki, bu, informasiya axtarış üsullarının dəyişməsi ilə bağlıdır. Belə ki, istifadəçilər artıq saytlara keçid etmək əvəzinə daha tez-tez süni intellekt və sosial şəbəkələr vasitəsilə birbaşa cavab alırlar.
Fondun nümayəndəsi Marşall Millerin sözlərinə görə, axtarış sistemlərində süni intellekt xülasələrinin yayılması və qısa videoların gənclər arasında populyarlığı "Wikipedia" kimi resurslara keçidləri azaldır.
Miller vurğulayıb ki, fond məzmunun istinad sistemi üzərində işləyir və yeni oxucular cəlb etməyin yollarını axtarır.

