Məşhur ingilis yazıçı Aqata Kristinin ilk nəşr edilmiş əsəri 120 il sonra London qəzetində tapılıb.
“Tehsil365”in "The Times" qəzetinə istinadən məlumatına görə, "Steam vs Electricity" adlı şeiri 1905-ci ildə nəşr olunub, lakin Kristinin bioqrafiyasındakı yanıldıcı məlumat 24 sətirlik əsərin daha əvvəl aşkar edilməsinə mane olub.
Nəşrin məlumatına görə, "detektiv kraliçası" əsəri yazarkən yaşını səhv göstərib - özünün 11 yox, 14 yaşında olduğunu bildirib. Bundan əlavə, o, elektrik qatarını tramvayla səhv salıb. Kristinin yaradıcılığını araşdıran tədqiqatçılar keçən ay qəzet arxivlərində lirik əsəri aşkar ediblər. Bundan sonra yazıçının varisləri əsərin nəşrinə icazə veriblər.

