Alimlər Yunanıstanda, Aralıq dənizi körfəzində 800 min illik yeraltı şirin sulu göl kəşf ediblər.
“Tehsil365” xəbər verir ki, bu barədə AMNA məlumat yayıb.
Malta və İtaliyadan olan alimlər müəyyən ediblər ki, buz dövründə dəniz səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsi yağış və çay suyunun sualtı çöküntülərə sızmasına səbəb olub və bu çöküntülərin bəziləri bu günə qədər qorunub saxlanılıb.
Tədqiqata görə, göl Korinf körfəzinin dəniz dibindən 600-700 metrə qədər dərinlikdə yerləşir.

