“Yaşıl məktəb, sağlam gələcək” təşəbbüsü
Bu gün Şabran rayon Samir Zülfüqarov adına 3 saylı tam orta məktəbin 3b sinif şagirdləri, sinif rəhbərləri Camalova Lətifənin təşkilatçılığı ilə şagirdlərdə ekoloji şüurun formalaşdırılması məqsədilə “Yaşıl məktəb, sağlam gələcək” təşəbbüsü çərçivəsində məktəbin həyətyanı sahəsində ağaclar əkiblər.
‘’Tehsil365’’ xəbər verir ki, bu təşəbbüs şagirdlərdə təbiətə qayğı hissinin artırılmasına, ətraf mühitin qorunmasına töhfə vermək məqsədi daşıyır.

