28.10.2025-ci il tarixində Ayaz Bağırov adına Qaralar kənd tam orta ümumtəhsil məktəbində "Sağlam qidalanma" mövzusunda inşa müsabiqəsi keçirilib.
‘’Tehsil365’’ xəbər verir ki, məktəb şagirdlərin sağlam həyat tərzinə marağını artırmaq, düzgün və balanslı qidalanma barədə biliklərini genişləndirmək məqsədilə 5 və 6-cı siniflər arasında “Sağlam qidalanma” mövzusunda inşa müsabiqəsi təşkil olunub.
Tədbirin məqsədi şagirdlərə sağlam qidalanmanın əhəmiyyətini aşılamaq, onların yaradıcı düşüncə və yazı bacarıqlarını inkişaf etdirmək idi. Müsabiqədə iştirak edən şagirdlər mövzuya öz fərdi yanaşmalarını göstərərək maraqlı və məzmunlu inşalar təqdim ediblər.

