Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində vakant tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə başlanılıb.
Bu barədə “Tehsil365”ə Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müsabiqənin test mərhələsində 40 və daha çox bal toplamış namizədlər 29 oktyabr – 4 noyabr 2025-ci il tarixlərində (saat 17:00-dək) aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər:
Vakant yerlərin siyahısı və qeydiyyat linki
Qeydiyyat başa çatdıqdan sonra namizədlərə müsahibənin keçiriləcəyi yer və tarix barədə əlavə məlumat veriləcək. Müsahibəyə yalnız müvafiq keçid balını toplamış namizədlər dəvət olunur.
Müsahibədə uğur qazanmış və ən yüksək test balına malik namizəd vakant yerə təyin ediləcək, digər namizədlər isə 1 il müddətinə ehtiyat siyahıya daxil ediləcəklər.
Müsahibəyə gələn namizədlər şəxsiyyət vəsiqəsi və diplom təqdim etməlidirlər. Diplom üzrə ixtisasın müraciət edilən vəzifəyə uyğunluğu yoxlanılacaq və uyğunluq olmadığı halda müsahibə keçirilməyəcək.
Məktəbəqədər təhsil müəssisələrində mövcud olan tərbiyəçi-müəllim vəzifələri üzrə vakant yerlərin siyahısı ilə bu keçiddən tanış olmaq mümkündür: https://ref.az/pSq94

