Texnologiyanın inkişafı ilə bəşəriyyətin həyat tərzi tamamilə dəyişib. Bu dəyişimin başlanğıcı isə məhz 1969-cu ilin 29 oktyabrına — internetin doğulduğu günə dayanır.
“Tehsil365” xəbər verir ki, həmin gün ABŞ-da iki kompüter arasında ilk dəfə məlumat ötürülməsi həyata keçirilib. Bu hadisə texnologiya tarixində dönüş nöqtəsi sayılır və müasir dünyanın əsas kommunikasiya vasitəsi olan internetin yaranmasına səbəb olub.
Hər il 29 oktyabr tarixi “İnternetin doğum günü” kimi qeyd edilir. Bu gün internetin cəmiyyətə, elmə və iqtisadiyyata verdiyi töhfələr xatırlanır, texnologiyanın gələcəyi barədə müzakirələr aparılır.
İlk mesajın göndərilməsindən bu günədək internet milyardlarla insanı birləşdirən qlobal şəbəkəyə çevrilib. 56 il əvvəl atılan o kiçik addım, bu gün dünya tarixinin ən böyük ixtiralarından birinə çevrilib.

