Bu gün, 29 oktyabr 2025-ci il, Türkiyə Cümhuriyyətinin elan edilməsindən 102 il ötür.
“Tehsil365” xəbər verir ki,1923-cü ilin 29 oktyabrında Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisi tərəfindən Cümhuriyyətin elan edilməsi ölkənin tarixində dönüş nöqtəsi olub. Bu hadisə ilə Türkiyə rəsmi olaraq monarxiya idarəçiliyindən respublika idarəetmə sisteminə keçib.
Hər il 29 oktyabrda Türkiyədə və dünyanın bir çox ölkəsində yaşayan türklər Cümhuriyyət Bayramını coşqu ilə qeyd edirlər. Bayram münasibətilə rəsmi tədbirlər, yürüşlər və müxtəlif mədəni proqramlar təşkil olunur.
Cümhuriyyətin 102 illiyi münasibətilə bütün Türkiyə və türk dünyasına birlik, azadlıq və müstəqillik ruhu arzulayırıq.

