2024-cü ildəki istilər rekord həddə - 639 milyard potensial insan-saat itkisinə səbəb olub ki, bu da 1.09 trilyon dollara bərabərdir.
“Tehsil365” xəbər verir ki, məlumat "Lancet" jurnalında dərc olunmuş araşdırmada yer alır.
Jurnalın məlumatına görə, 2024-cü ildə istilər səbəbindən itirilən insan-saat 1990-cı illərdəkindən 98% çoxdur.
Ümumilikdə isə itirilən 1.09 trilyon dollar qlobal ümumi daxili məhsulun təxminən 1%-ni təşkil edir.

