Təhsil 365 - Logo Mobile

Vəfa Yaqublu: “Məktəb direktoru şagird nailiyyətinə təsir edən qüvvədir”

10530.10.2025 - 06:08
Vəfa Yaqublu: “Məktəb direktoru şagird nailiyyətinə təsir edən qüvvədir”

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin dördüncü ilində məktəb direktorlarının seçiminin yeni qaydalar əsasında aparılması məntiqlidir. Çünki yeni qaydalar sertifikatlaşdırmada (bir qrup müəllim ixtisasına münasibətdə isə MİQ və ya diaqnostik qiymətləndirmədə) yüksək bal toplamış şəxslər sırasından seçimi nəzərdə tutur. Namizədin digər keyfiyyətləri isə müsahibədə dəyərləndiriləcəkdir. Təhsil müəssisəsi elə bir qurumdur ki, burada menecerlik qabiliyyəti ilə yanaşı məktəbdə gedən iki prosesin - öyrətmə və öyrənmənin əsaslarını dərindən bilmək vacibdir. Məlumdur ki, tədris etdiyi fənn üzrə savadı, öyrətmək ustalığı, pedaqoji duyumu olan müəllimin məktəbdə xüsusi nüfuzu vardır. Formal və qeyri-formal liderlərin düzgün əməkdaşlıq qurması, bir-birini tamamlaması isə, heyif ki, həmişə alınmır. Məktəb kollektivi üçün ən optimal hal qeyri-formal liderin formal lider təyin edilməsidir.

“Tehsil365”xəbər verir ki, bu fikirləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublunun direktorların işə qəbulu ilə bağlı açıqlamasında bildirib.

"Ötən onillikdə aparılmış bir tədqiqata əsasən, direktoru pedaqogikanı yaxşı bilən və bütün diqqətini daxili qaydaların bərqərar edilməsinə yönəldən məktəblərdə şagirdlər daha yaxşı öyrənir. Əlbəttə şagird nailiyyətinə təsir edən digər dəyişənlər də vardır: müəllim səriştəsi, şagirdin ilkin hazırlıq səviyyəsi, bölgənin sosial-iqtisadi durumu, ailənin təhsil və mədəni statusu və s. Məktəb direktorunun idarəetmədə söykəndiyi prinsipləri də sadalanan dəyişənlərə əlavə etməliyik.

Şagird nailiyyətləri yüksək olan məktəb rəhbərləri üçün daxili problemlərin həlli və pedaqoji təcrübənin inkişafı prioritet məsələdir. Tədqiqatçılar həmçinin müəyyən etmişdirlər ki, nisbətən zəif təhsil müəssisələrinin rəhbərləri xarici təlimatlara, maddi-texniki və maliyyə məsələlərinə daha çox diqqət yetirir. Məktəblərin “daxilə” meyillənməsi onlara mürəkkəb şəraitdə belə “qalib olmağa” kömək edir. Obrazlı desək, uğurlu məktəblər “introvertdirlər”: onlar üçün birinci yerdə məktəbin daxilində öyrənmə mühitinin qurulması durur.

Özü yaxşı müəllim olmuş direktor həmkarlarına vaxtında və faydalı tövsiyə verə bilir, verdiyi tövsiyələr də konkret olur. Sadəcə, “yaxşı işlə” və ya “yaxşı öyrət” tapşırığı gənc (və ya səriştəsiz) müəllimə çox şey vermir. Amma dərsdinləmə zamanı gördüyü boşluqları düzgün şərh edən direktor müəllim üçün, müəllimin vasitəsilə isə şagird üçün böyük dəstəkdir. Məsələn, “X şagird üçün sözlü təlimat kifayət etmədi: təlimatı təkrar etsəniz də o, sizi anlamadı, növbəti dəfə tapşırığın bir hissəsini onunla birlikdə işləyin”, “Göz təması qurarkən, bütün sinfə baxmağa çalışın, siz yalnız sinfin sağ tərəfində oturanlara baxırsınız”, “Y şagirdin kiçik motorikasını inkişaf etdirmək üçün ona əlavə tapşırıqlar verin”, “Xronologiyadan danışarkən lövhədə zaman oxu çəkin: belədə şagirdlər sizi daha yaxşı anlayacaqlar” və s.

Daim öyrənmək və öyrətmək missiyasını rəhbər tutan direktorun ətrafında güclü komandanın yığılması labüddür. Belə liderlər şəxslərə deyil, proseslərə fokuslanmağı, həm müəllimi, həm də şagirdi daim inkişafda olan, irəliləyən insan kimi qəbul etməyi bacarırlar.

Hesab edirik ki, yaxşı müəllimlərin karyera inkişafı onları motivasiya etməklə yanaşı, gənc müəllimlərə də örnək olur. Səriştəli müəllimlərimizi müsabiqəyə qoşulmağa dəvət edirik.

Nərmin Süleymanlı

News Feed

Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22