31 oktyabr 2025-ci il tarixində Dövlət İmtahan Mərkəzinin Dövlət strategiyası ilə iş və insan kapitalının inkişafı şöbəsinin böyük məsləhətçisi Miranə Rüstəmli tərəfindən “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda təlim keçirilib. Təlimdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak edib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılara fəaliyyətin qiymətləndirilməsi anlayışı, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydası, həmçinin həmin qaydada yer alan prosedurlar və düsturlar ətraflı şəkildə izah edilib. Eyni zamanda qiymətləndirilmə zamanı edilən səhvlər və problemlər barədə qarşılıqlı müzakirə aparılıb.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb.

