"SpaceX" şirkəti hər il orbitə təxminən bütün digər şirkətlərin və agentliklərin əməliyyat peyklərinin toplam sayı qədər peyk buraxır.
“Tehsil365” xəbər verir ki, bunu şirkətin sahibi İlon Mask X sosial media platformasında yazıb.
Məlumata görə, 2025-ci ilin oktyabr ayının sonuna qədər "SpaceX" 138 buraxılış həyata keçirib. Buraxılan "Starlink" peyklərinin sayı 2500-ü keçib və bu, şirkət üçün yeni rekord olub.
Beləliklə, 2025-ci ilin sonuna qədər "Starlink" tarixdə ən böyük peyk şəbəkəsinə çevriləcək və orbitə çıxarılan peyklərin sayında şəriksiz lider olacaq.

