Respublika Gözdən Əlillər Kitabxanasında tanınmış yazıçı Elxan Elatlı ilə görüş keçiriləcək.
"Tehsil365" xəbər verir ki, tədbir 13 noyabr tarixində, saat 14:00-da baş tutacaq.
Görüşün əsas mövzusu yazıçının “Armed Mişel” adlı tarixi romanının səsli formada təqdimatı olacaq. Tədbir zamanı romanın yaranma tarixindən, məzmun xəttindən və əsərin səsli versiyasının hazırlanma prosesi barədə məlumat veriləcək.
Yazıçı Elxan Elatlı iştirakçılarla fikir mübadiləsi aparacaq, dinləyicilərin suallarını cavablandıracaq və yaradıcılıq prosesi barədə maraqlı detalları paylaşacaq.
Qeyd edək ki, görüşün media dəstəkçisi“Tehsil365” İnformasiya Agentliyidir.

