Qazax-Tovuz Regional Təhsil İdarəsində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə dair geniş tərkibdə görüş təşkil olunub.
“Tehsil365”Görüşdə İdarənin müdiri Vüqar Dadaşov, tabeliyində olan Uşaq-Gənclər İnkişaf Mərkəzi və Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin rəhbərləri ilə bir araya gəlib.
Tədbirdə məktəbdənkənar müəssisələrin mövcud fəaliyyəti, həyata keçirilən layihələr, qarşıya qoyulan məqsədlər və gələcək inkişaf istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Dadaşov çıxışında məktəbdənkənar təhsilin şagirdlərin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını vurğulayıb. O, xüsusilə uşaqların asudə vaxtının səmərəli təşkili, istedadlı şagirdlərin üzə çıxarılması və onların potensialının inkişaf etdirilməsi istiqamətində müəssisələrin fəaliyyətinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Sonda iştirakçılara müvafiq tövsiyə və tapşırıqlar verilib, gələcək planların uğurla həyata keçirilməsi üçün birlikdə əməkdaşlığın davam etdirilməsi vurğulanıb.

