Müəllimlərin sertifikatlaşdırılması Azərbaycanda ilk olaraq yaxşı qarşılanmadı.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında təhsil eksperti Məzahir Məmmədli söyləmişdir.O, bildirib ki":
“İlk öncə sertifikat imtahanına hər kəsin baxışı fərqli idi.Belə başa düşüldü ki, müəllimləri bu sistemdən kənarlaşdırmaq üçün olan vasitədir.Lakin, təcrübə göstərdi ki,burada artıq müəllimlərin bilik və bacarıq qabiliyyətlərini müəyyənləşdirmək mümkündür.Bu baxımdan sertifikasiya Azərbaycan təhsilinə töhvə,fayda verməkdədir.Bu imtahan saxta diplomu olan şəxsləri fəaliyyətindən uzaqlaşdırdı, müəyyən vasitələrlə bu adı almış şəxslər sistemdən uzaqlaşdırıldı.Hətta sertifikasiya imtahanından uğursuz olan müəllimlərə əlavə 1 il yenidən hazırlaşmaq üçün vaxt verilsədə təəssüflər olsun ki,1 il müddətinə belə uğursuz nəticə göstərən müəllimlər ikinci cəhtdən belə keçə bilmədilər və onun nəticəsində də müəllim adı ilə vidalaşdılar.Azərbaycanda sertifikasiyadan keçməyən yeganə müəllimlər hələki tarix müəllimləridir.Bu işdə müəyyən motivasiyalar olduğu üçün, müəllimlər özləri könüllü şəkildə təşəbbüs edirlər ki, sertifikasiyadan keçsinlər.51 % dən yuxarı nəticə göstərən müəllimlərin əmək haqqısında 35 % əlavələr olur.Keçid balı yəni 31-50 bal arası toplayan müəllimlərdə isə 10 % əməkhaqqlarına əlavələr olur.2026-cı ildə sertifikasiyanın son mərhələsi olacaq,yəni bütün ixtisas fənnlərindən imtahan başa çatmış olacaq və növbəti sertifikasiyadan yenidən ardıcıllıqla imtahanlar davam edəcək”.

