Təhsil 365 - Logo Mobile

Paleontoloqlar nanotirannozavrların mövcudluğunu sübut ediblər

10203.11.2025 - 10:00
Paleontoloqlar nanotirannozavrların mövcudluğunu sübut ediblər

Paleontoloqlar tarixdəki ən mübahisəli tapıntılardan biri olan nanotirannozavrın qalıqlarını təkrar tədqiq ediblər və həmin sürünənin 20 yaşında olduğunu müəyyən ediblər. Bu, nanotirannozavrların mövcudluğunu təsdiqləyir və əvvəllər məlum olmayan bu kərtənkələlərin mövcudluğuna işarə edir.

Tehsil365“ xəbər verir ki, bu barədə ABŞ-ın Şimali Karolina Dövlət Universitetinin (NCSU) mətbuat xidməti məlumat yayıb.

“Bu kəşf onu göstərir ki, Yer üzündəki son dinozavrların yaşayış mühiti indiyə qədər qəbul edildiyindən xeyli dərəcədə zəngin və rəqabətli olub. Xüsusilə, bizim kəşfimiz göstərir ki, stereogörmə qabiliyyətinə və çox güclü dişləmə qüvvəsinə malik olan kral tirannozavrlar Mezozoy ekosistemlərinin yeganə “kralları” deyildilər. Onlarla birgə daha çevik və sürətli ovçular olan nanotirannozavrlar da yaşayıblar”, – deyə universitetin dosenti Lindsi Zannon bildirib.

Nanotirannozavrlar paleontoloqlar arasında ən qızğın mübahisələrin mövzusu olub. Bu tip üç kərtənkələnin qalıqları XX əsrin ortalarında və XXI əsrin əvvəlində Montana ştatındakı məşhur dinozavr məzarlığı adlanan “Hell-Creek”də aparılan qazıntılar zamanı

aşkar edilmişdi. Onların kiçik ölçüləri və ehtimal olunan gənc yaşı bu dinozavrların təbiəti barədə çoxsaylı müzakirələrə səbəb olmuşdu. Tədqiqatçıların bir hissəsi hesab edir ki, bu kərtənkələlər at boyda olan ayrıca bir tirannozavr növü (“Nanotyrannus lancensis”) olublar, digər paleontoloqlar isə onların “kral” tirannozavrların (“Tyrannosaurus rex”) balaları olduğunu güman edirlər.

Beş il əvvəl Zanno və həmkarları bu mübahisələri həll etməyə cəhd göstərərək, üç nanotirannozavrdan ikisinin sümüklərindəki halqaların quruluşunu öyrənmiş və onların 11–13 yaşlı “yeniyetmə” tirannozavrlar olduqları ilə bağlı nəticəyə gəlmişdilər. Yeni tədqiqatlarında paleontoloqlar oxşar üsulla triseratopsla döyüşdə həlak olmuş üçüncü nanotirannozavrın qalıqlarını öyrəniblər, həmçinin son onilliklər ərzində paleontoloqlar tərəfindən tapılmış iki yüzdən artıq tirannozavr nümunəsinin sümüklərinin quruluşunu təhlil ediblər.

Bu analiz göstərib ki, əvvəlki tədqiqatda mütəxəssislər tirannozavridlər fəsiləsinə aid kərtənkələlərin böyüdükcə artım sürətinin necə dəyişməsi barədə qeyri-dəqiq təsəvvürlərə görə iki digər nanotirannozavrın yaşını az göstərmişdilər. Bu çatışmazlığı düzəltdikdən sonra alimlər üçüncü kərtənkələnin yaşını hesablayıblar və onun 20 yaşlı yetkin bir fərd olduğunu aşkar ediblər.

Eyni zamanda alimlər iki əvvəlki “yeniyetmə”dən birinin kəllə quruluşunun “Tyrannosaurus rex” və “Nanotyrannus lancensis” növlərindən dişlərin sayı və sinir kanallarının quruluşu baxımından fərqləndiyini müəyyən ediblər. Bu səbəbdən paleontoloqlar onu ayrıca yeni bir növ kimi ayırıb, mifik Leta çayının şərəfinə “Nanotyrannus lethaeus” adını veriblər.

Leyla Ağakişiyeva

News Feed

Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37