Noyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində qurumun 80 illik yubileyi çərçivəsində Akademiya Muzeyinin açılışı olub.
“Tehsil365” bunu AMEA-nın məlumatına əsasən xəbər verir.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, eləcə də yubiley münasibətilə ölkəmizdə səfərdə olan bir sıra xarici Elmlər Akademiyalarının və nüfuzlu beynəlxalq elmi qurumların rəhbər heyəti və nümayəndələri iştirak ediblər.
Açılış mərasimində qonaqlar muzeyin ekspozisiyası ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.
Daha sonra iştirakçılar AMEA-nın yenidən qurulan Meridian zalına da baxış keçiriblər.

