Məlum olduğu kimi, test imtahanı 2025-ci il 14 noyabr tarixində DİM tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, S.S. Axundov küç., 50 ünvanında yerləşən Elektron imtahanlar korpusunda kompüter vasitəsilə elektron formada keçiriləcəkdir.
“Tehsil365” bunu DİM-in məlumatına əsasən xəbər verir.
İmtahanda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsi ilə çap edə bilərlər.
Qeyd edilib ki, namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidir.
Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq.

