Alimlər Alp dağlarının dərinliyində yerləşən bir tuneldə qəsdən zəlzələ törədiblər.
‘’Tehsil365’’ xəbər verir ki, bu barədə "Live Science" məlumat yayıb.
Məlumata görə, bu yolla FEAR layihəsinin iştirakçıları yaxınlaşan zəlzələ təhlükəsini təkanlar baş verməzdən əvvəl müəyyənləşdirməyin üsullarını axtarırlar.
Dünya miqyasında toplanan çoxlu sayda zəlzələ məlumatlarına baxmayaraq, alimlər hələ də yeraltı təkanları baş verməzdən xeyli öncə proqnozlaşdırmağı bacarmırlar. Bəzi qırılma xətlərinin niyə kiçik əraziləri əhatə etdiyi, digərlərinin isə kilometrlərlə uzanaraq ciddi ziyana səbəb olduğu hələlik məlum deyil.
Bugünədək alimlər zəlzələləri yalnız baş verdikdən sonra öyrənə biliblər. İndi isə onlar süni zəlzələlər yaradaraq bu təbiət hadisəsini daha yaxşı başa düşməyə çalışırlar.
Növbəti ilin mart ayında elm adamları 1 bal gücündə yeni zəlzələ törətməyi planlaşdırırlar.

