Təhsil sektorunun müdirinə şiddətli töhmət verildi
“Tehsil365“ xəbər verir ki, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir Şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənovaya qarşı intizam tənbehi tətbiq edib.
Qurumdan bildirilib ki, aparılmış araşdırmalar zamanı onun fəaliyyətində idarəetmə və nizam-intizam qaydalarının pozulması halları aşkarlanıb.

