İlon Maskın aerokosmik şirkəti "SpaceX" "EchoStar Corp"dan 2,6 milyard dollar dəyərində tezlik lisenziyaları alır.
‘’Tehsil365’’ "EchoStar"a istinadən xəbər verir ki, vəsait "SpaceX"in səhmləri ilə ödəniləcək.
Razılaşma bu şirkətlərin 2025-ci ilin sentyabr ayında bağladıqları sazişin davamı olub.
Həmin vaxt "EchoStar" "SpaceX"ə ümumi dəyəri 17 milyard dollar olan tezlik lisenziyaları satmışdı.
Qeyd edək ki, "EchoStar" peyk rabitəsi və rəqəmsal infrastruktur üzrə ixtisaslaşıb.

