Təhsil 365 - Logo Mobile

Psixoloq Aytən Ələkbərova: İnsan bəzən anlamadığı üçün deyil, hisslərini daşıya bilmədiyi üçün tükənir

17407.11.2025 - 14:18
Psixoloq Aytən Ələkbərova: İnsan bəzən anlamadığı üçün deyil, hisslərini daşıya bilmədiyi üçün tükənir

Mütəxəssislər bildirir ki, adi yorğunluq istirahətlə keçirsə də, emosional tükənmə uzunmüddətli stres və daxili boşluq hissi ilə müşahidə olunur. İnsan artıq sevdiyi işlərə maraq göstərmir, motivasiyasını və enerjisini itirirsə, bu, emosional tükənmənin əlamətidir.

Psixoloq Aytən Ələkbərova “Təhsil365”ə açıqlamasında bildirib ki, insanın “anlaması üçün yorulması” ilə “emosional tükənmə” vəziyyəti bir-birindən fərqli proseslərdir. Onun sözlərinə görə, bu məsələyə yalnız nəzəri deyil, həm də təcrübə əsasında yanaşmaq lazımdır:

“Altı ay müddətində apardığımız müşahidələr zamanı müraciət edən insanların öz təcrübələrinə əsasən gördük ki, nəzəri baxımdan emosional tükənməyə gətirib çıxaran səbəblər çox olsa da, praktikada bu hal hər zaman eyni cür təzahür etmir. Çünki emosional tükənmə xroniki xarakter daşıyır. Bəzi insanlar var ki, sanki bir ömür boyu yorğun olur. Bu, daha çox temperament tipi melanxolik və ya fleqmatik olan şəxslərdə müşahidə edilir. Onlar daim bitkin, enerjisiz davranış nümayiş etdirirlər.”

Psixoloq qeyd edib ki, xolerik və sanqvinik tipli insanlar isə əksinə, daha emosional olduqları üçün onların tükənmişlik sindromunu daha aydın müşahidə etmək mümkündür:

“Belə insanlarda birdən-birə enerjinin itməsini, yersiz ağlamaları, yatmağa meyilliliyi görürük. Onlar bəzən nə istədiklərini belə bilmirlər. Bu hallar artıq bipolyar pozuntuya doğru keçid göstərə bilər. Bipolyar vəziyyətdə insan həyatdan küsmüş kimi görünür.”

Aytən Ələkbərova əlavə edib ki, bəzi hallarda emosional tükənmənin səbəbi endogen depressiya olur. Bu zaman dərman müalicəsini dayandıran insanlar vəziyyətlərinin ağırlaşması ilə üzləşirlər:

“Dərmanlardan bezən və özünü dərmansız sağaltmaq istəyən insanlar get-gedə ya psixoz halına gəlir, ya da tam sakitliyə çəkilərək ‘tükənmiş’ vəziyyətə düşürlər. Hər insanın şəxsiyyət tipi və orqanizmi fərqli olduğuna görə emosional tükənmə də fərqli şəkildə özünü göstərir. Ona görə də eyni müalicə üsulu hər kəs üçün uyğun olmur.”

Psixoloq vurğulayıb ki, bu fərqlilik eynilə fiziki xəstəliklərdə olduğu kimidir:

“Necə ki, bəziləri adi qripi zoğallı çay və istirahətlə sağaldır, digərləri isə antibiotik qəbul etmədən düzələ bilmir. Eləcə də emosional tükənmə və xroniki yorğunluq hər insanda fərqli şəkildə baş verir.”

Nigar Rəhimova

News Feed

Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52