UniDestin Təhsil Mərkəzində ABŞ universitetlərinin iştirakı ilə təhsil sərgisi təşkil olunacaq.
"Tehsil365" xəbər verir ki, tədbir xaricdə təhsil almaq istəyən tələbələr, magistratura və doktorantura üzrə xaricdə akademik karyera planlayan gənclər üçün ABŞ-da təhsil imkanları haqqında birbaşa məlumat almaq imkanı yaradacaq.
Sərgidə iştirakçılar ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin nümayəndələri ilə şəxsən görüşəcək, qəbul şərtləri, ixtisas seçimi, viza prosesi və təqaüd imkanları haqqında ətraflı məlumat əldə edəcəklər.
Sərgi noyabrın 17-də saat 16:30-dan 17:30-dək davam edəcək.

