Biz zorakılıq göstərən zaman sosiallaşma aşağı düşür,uşağın məktəbə davamiyyəti,sevgisi,dərsə marağı azalır.
Bu fikirləri “Tehsil365”ə açıqlamasında psixoloq Gülnar Orucova söyləmişdir.O,bildirib ki:
“Şagird məktəbə uyğunlaşa bilmirsə demək ki,bir problem var.Məsələn,1-ci sinifə şagird gələn zaman ağlamağa başlayır və düşünürlərki o,uşaq hansı səbəbə ağlıyır.Çünki,o mühit ona yad gəlir,beyin sanki qoruma funksiyası yerinə yetirməyə başlayır və o güvəndə olduğundan əmin olmadığı üçün ağlayır.Bu səbəbdən şagirdin fərdi xüsusiyyətləri nəzərə alınmalıdır.Bunlar nəzərə alınsa uyğunlaşma, adaptasiya prosesi baş verər.Uşaqların fikri dinlənməli,qərarlarına hörmətlə yanaşılmalıdır.Həmçinin, bütün uşaqlar tədbirlərdə iştirak etməlidir.Bununla da uşaqların sosiallaşması artacaq.Bəzən istər müəllimlər,istər rəhbərlik zorakılıq göstərməyə çalışır,amma zorakalığa yox deməliyik.Biz zorakılıq göstərən zaman sosiallaşma aşağı düşür,uşağın məktəbə davamiyyəti,sevgisi,dərsə marağı azalır.Bu səbəbdən biz şiddətə yox deməliyik.Müəllimlər bəzən hiperaktiv uşağı qorxutmaqla məşğul olur,lakin elə uşağı qorxutmaqla,hədələməklə,arxa sıraya keçirtməklə siz o uşaqlarda irəliləyiş ala bilməzsiniz.Əksinə o,uşağı ön sıraya çəkmək,tərifləmək,onun enerjisini paylaşdırmaq lazımdır və o özünü dəyərli hiss etməlidir ki,bu proseslər olmasın”.

