Noyabrın 11-də Masallı rayon Mərkəzi Kitabxanası və YAP Masallı rayon Təşkilatı tərəfindən birgə "Konstitusiya və Suverenlik" ili çərçivəsində Konstitusiyanın 30 illiyi ilə əlaqədar “Hər bir vətəndaşın qanun kitabı” adlı kitab sərgisi təşkil olunub.
“Tehsil365” Lənkəran-Astara Regional Mədəniyyət Mərkəzinin məlumatına əsasən xəbər verir ki, sərgidə əsas diqqət Azərbaycan Respublikasının Konstitusiyası, qanunvericilik və vətəndaş hüquqları ilə bağlı kitab və nəşrlərə yönəldilib. Oxucular Konstitusiyanın əsas müddəaları, hüquq və vəzifələrimiz, dövlət idarəçiliyi ilə bağlı məlumatlar təqdim edən kitablarla yaxından tanış olublar.
Bundan əlavə, sərgidə 44 günlük Vətən Müharibəsi, Ulu öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin dövlətimizin inkişafına dair kitablar, eləcə də Masallı rayonunun və şəhərinin tarixinə dair nəşrlər oxuculara təqdim olunub. Sərgi müddətində oxucular və rayon sakinləri maraq dairələrinə uyğun kitablara abunə yazılıblar.

