HP Futures” və digər təhsil‑texnologiya qurumlarının birgə hesabatına görə, məktəb və universitetlərdə süni intellektin istifadəsi zamanı etik qaydalar, şagirdlərin məlumat təhlükəsizliyi və müəllim‑rolunun qorunması kimi məsələlərə daha sistemli yanaşmaq zəruridir.
“Tehsil365” xəbər verir ki, bu barədə The Nationalməlumat verib.
Tədqiqatda bildirilir ki, şagirdlərin 71 %-i süni intellektin istifadəsinə məhdudiyyət qoyulması lazım olduğunu düşünür, 73 %-i isə bunun etik istifadəsinin öyrədilməsinin vacibliyini vurğulayıb.
Həmçinin qeyd olunur ki, AI müəllimlərin işini sadələşdirə, dərs planlaşdırmasını avtomatlaşdıra, lakin eyni zamanda şagirdlərin tənqidi düşünmə və problemləri özbaşına həll etmə bacarıqlarının zəifləməsi riskini daşıyır.

