“Oturaq həyat rejmi uzunmüddətli olarsa, pisxi problemlər yaradar. Bu da həm bədənin, həm də beynin fəaliyyətinə xələl gətirir. Oturaq həyat rejmində aktiv həyatdan kənarlaşdığımız üçün bədəndə xoşbəxtlik hormonunun səviyyəsi aşağı düşür ki, bu da telefondan asılılığa şərait yaradır”.
Bu fikirləri “Tehsil365“ə açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib. O bildirib ki,
“Hər kəsin öz həyat fəaliyyəti var və buna uyğun da bir həyat rejmi var. Əgər hər hansısa insan fəaliyyətini əksər hallarda oturaraq həyata keçirirsə, bu onun sosiallığını, bununla birgə xoşbəxtliyini də azaldar. Həmçinin fiziki ağrılara da səbəb olar”.
Psixoloq əlavə edir ki, bunun pisxi fəsadları da var:
“Psixoloji cəhətdən isə fəsadları daha çoxdur. İnsan özünə inamını, psixoloji gücünü itirir. Həyata qarşı marağı azalır, aqressivləşir. Bədənlə zehin arasında əlaqə pozulur. Məsələn: bir insan kökəlirsə və yaranan çəki artımını beyin qəbullanmaq istəmir. Bunun nəticəsində də insanda stress, depressiya yaranır”.
Psixoloq nəticə olaraq qeyd edir ki, oturaq həyat rejminin yaratdığı asosiallıq insanda təkliyə aludəçilikə səbəb olur:
“Bununla da insan ictimai həyatdan qopur. Biz hər zaman fəaliyyətdə olmalı, nəfəs almalı, qaçmalı, gülüb-ağlamalıyıq ki, həyatda qala bilək. Çünki həyat hərəkət tələb edir”.

