Azərbaycanın tanınmış müğənnisi, xalq artisti Oqtay Cəfər oğlu Ağayevin vəfatından 13 noyabr 2024-cü il tarixində 18 il ötür.
“Tehsil365” xəbər verir ki, 1934-cü ildə Bakıda anadan olmuş Oqtay Ağayev Azərbaycan musiqi sənətində özünəməxsus yeri ilə yadda qalmışdır.
2000-ci ildə Azərbaycan Respublikasının xalq artisti fəxri adına layiq görülən sənətçi, 2002-ci ildə Prezidentin fərdi təqaüdçüsü olmuşdur. Oqtay Ağayev zəngin səsi və çıxışları ilə Azərbaycan musiqisinin inkişafına böyük töhfələr vermişdir. Onun sənətinə olan hörmət və sevgi bu gün də dinləyicilər arasında davam edir.
O, 13 noyabr 2006-cı ildə vəfat edib və Azərbaycan musiqi dünyasında əbədi iz qoyub.

