“Tehsil365” xəbər verir ki, bu barədə "Daily Afisha" nəşri məlumat yayıb.
Bildirilir ki, cihaz 2026-cı ildə ABŞ və Yaponiyada satışa çıxarılacaq.
Yeni monitor HDR və VRR dəstəyinə malik QHD (2560×1440 piksel) ekranla təchiz olunub. Ekranın yenilənmə tezliyi 120 Hz-dir, lakin monitor kompüterə qoşulduqda bu göstərici 240 Hz-ə qədər artır.
Bundan əlavə, cihazda yalnız "PlayStation 5" üçün deyil, digər qurğular üçün də nəzərdə tutulmuş portlar mövcuddur. Onların arasında iki HDMI 2.1 portu, bir DisplayPort, iki USB Type-A portu və "PlayStation Link" adapterlərini birləşdirmək üçün bir USB Type-C portu yer alır.

