Bu gün, 14 noyabr, Azərbaycanın tanınmış gitara ifaçısı, xalq artisti Rəmişin (əsl adı Rafiq Hüseyn oğlu Hüseynov) doğum günüdür.
“Tehsil365” xəbər verir ki,1944-cü ilin bu günü Ağdam rayonunun Gülablı kəndində dünyaya gələn Rəmiş, Azərbaycan musiqisində özünəməxsus üslubu ilə silinməz iz buraxıb.
Elektrogitara ifaçılığı ilə seçilən sənətkar, milli musiqini müasir tərzdə təqdim edərək, xalq və muğam havalarını gitara ilə yeni səviyyəyə qaldırıb. Onun ifaları təkcə Azərbaycanda deyil, digər ölkələrdə də maraqla qarşılanıb.
2014-cü ildə Rəmişə "Azərbaycan Respublikasının Xalq Artisti" fəxri adı verilib. Bu mükafat onun sənətə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi idi.
Rəmiş 2021-ci il aprelin 5-də Bakıda vəfat etsə də, onun ifaları və musiqiyə gətirdiyi yeniliklər xalqın yaddaşında yaşayır. Bu gün sənətkarın doğum günü münasibətilə musiqisevərlər onu böyük ehtiramla yad edirlər.

