Bakıda Şimali Kipr Türk Respublikasının (ŞKTR) müstəqilliyinin 42-ci ildönümü münasibətilə tədbir keçirilib.
“Tehsil365” AZƏRTAC-a istinadla xəbər verir ki, əvvəlcə Mustafa Kamal Atatürkün, iki qardaş ölkənin şəhidlərinin və Gürcüstanda qəzaya uğrayan Türkiyə hərbçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan və Türkiyə himnləri səsləndirilib.
ŞKTR-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer çıxışında Azərbaycan xalqını Qarabağ Zəfəri münasibətilə təbrik edib, türk dünyasının birliyinin gücləndiyini vurğulayıb.
Azərbaycan–ŞKTR parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Cavanşir Feyziyev Kipr türklərinin müstəqillik və sülh uğrunda mübarizəsini xatırladaraq, onların Türk Dövlətləri Təşkilatında təmsilçiliyinin türk həmrəyliyinin göstəricisi olduğunu qeyd edib.
Tədbir ziyafətlə davam edib.

