"The Washington Post" nəşrinin təhlilinə görə, istifadəçilərin "ChatGPT" ilə apardıqları 47 000 söhbətin araşdırılması göstərib ki, çat-bot insanların fikirləri ilə razılaşmağa, təkzib etməkdən təxminən 10 dəfə daha çox meyillidir.
“Tehsil365”xəbər verir ki, 17 500 halda cavablar "Bəli" və ya "Düzdür" sözləri ilə başlayıb, "Xeyr" və ya "Səhvdir" kimi cavablar isə xeyli az olub.
Məsələ ondadır ki, çat-bot tez-tez istifadəçinin tonuna və inanclarına uyğunlaşmağa meyil göstərir. Məsələn, istifadəçi "Ford Motor" şirkətinin "ABŞ-nin tənəzzülündə rolu" barədə soruşduqda, "ChatGPT" şirkəti NAFTA-nı dəstəklədiyinə görə tənqid edib.
Mütəxəssislər bu meyildən narahatdırlar, çünki söhbətlərin təxminən 10%-i emosional problemlərlə bağlıdır. "OpenAI" daha əvvəl emosional mövzulu dialoqların 3%-dən az olduğunu bildirsə də, mətbuatın təqdim etdiyi məlumatlar əksini göstərir.

