Uşaqların sosiallaşmasında məktəb psixoloqlarının rolu çox böyükdür.Psixoloqlar uşaqların məktəbə adaptasiya olmasına çalışmalıdırlar.
Bu fikirləri “Tehsil365” ə açıqlamasında psixoloq Gülnar Orucova demişdir.O, bildirib ki:
“İndiki dövrdə məktəb psixoloqlarını sıxışdırsalarda,onların da öz vəzifələri burada da danılmazdır. Məktəb psixoloqları hər bir problemli uşağı nəzarətdə saxlamalıdır və yaxud da sosiallaşmasında problem olan uşağı xüsusi qruplara qatmalıdır,qrup məşğələləri etməlidir,qrup məşğələlərində bacarıqı ortaya çıxartmalıdır, empatiya hissini formalaşdırmalıdır, uşaq məktəbdə özünün azad, rahat olduğunu hiss etməlidir, sərhədlərini bilməlidir,bəlli etməlidir,yox deyə bilmə bacarığını formalaşdırmalıdır. Bu,artıq, psixoloqun üzərinə düşür.İndi psixoloq bunu icra etsə də, etməsə də bu psixoloqun vəzifələrinə daxildir”.ıpp

