13-14 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin əməkdaşları üçün Dövlət İmtahan Mərkəzinin Ümumi səriştələrin qiymətləndirilməsi sektorunun böyük məsləhətçisi Xavər Dadaşova və həmin sektorun aparıcı məsləhətçisi Nazlı Abduləlimova tərəfindən “Səriştə modelinin dövlət qulluğunda tətbiqi” mövzusunda təlim keçirilib.
“Tehsil365” DİM-in məlumatına əsasən xəbər verir ki, təlim zamanı iştirakçılar dövlət qulluğunun ümumi səriştə modeli, səviyyələr və davranış indikatorlarının düzgün müəyyənləşdirilməsi, həmçinin səriştəyə əsaslanan qiymətləndirmə və müsahibə proseslərinin aparılması ilə bağlı praktiki bilik və bacarıqlar əldə ediblər. Həmçinin təlimdə real iş situasiyalarının müzakirəsi, komanda tapşırıqları və simulyasiya məşqləri keçirilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.

