Sosial mediadan ifrat dərəcədə istifadə insan beynində müvəqqəti satiklik, xoşbəxtlik yaratsa da, bunun nəticələri kifayət qədər ağır ola bilər. Yəni asan əldə edilən xoşbəxtlik çətin olanın qarşısına keçir. Bu isə bizim dərslərimizi oxumaq yerinə sosial mediada sözün əsl mənasında vaxt itirməyimiz deməkdir. Dopamin asılılığı adlandırdığımız bu vəziyyət gün keçdikcə gəncliyi uçuruma aparır.
Bu fikirləri “Tehsil365“ə açıqlamasında psixoloq Nabat Mirzəyeva deyib. O bildirib ki,
Eyni şəkildə qısa videolara vərdiş etmək, uzunmüddətli dərs prosesində öyrənməyə tələb olunan səbrin bitib tükənməsinə gətirib çıxarır.Bu hal həm də təhsilin keyfiyyətinə, onların gələcək karyerasına birbaşa təsir göstərir. Çünki müasir iş bazarında məsuliyyətli olmaq, davamlı işləmək, diqqətini toplaya bilmək və yeni məlumatı tez mənimsəmək əsas tələblərdən sayılır. Sosial mediaya həddindən artıq vaxt ayıran gənclərdə isə bu bacarıqlar zəifləyir və gələcəkdə iş tapmaq, işdə irəliləmək daha çətin olur.
Nəticə olaraq, psixoloq qeyd edir ki, bu asılılıqdan qurtula bilməyən gənclər 5 il sonra xəyal etdikləri yerdə yox, başladıqları nöqtədə qalacaqlar.
Buna görə də mütləq mümkün qədər telefondan uzaq durub hobbilərimizə vaxt ayırmalı, düşünməyi bacarmalıyıq ki, bu asılılıqdan qurtula bilək.

