Təhsil 365 - Logo Mobile

Neftçalada “Azərbaycan dili və müasir dilçilik - problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib

10315.11.2025 - 16:22
Neftçalada “Azərbaycan dili və müasir dilçilik - problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib

Neftçala rayonu Heydər Əliyev Mərkəzində ənənəvi “AZLİNG 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.

Təhsil365 “in bölgə müxbiri xəbər verir ki, “Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfransa ölkənin müxtəlif elmi mərkəzlərini təmsil edən yüzə yaxın alim və gənc tədqiqatçı qatılıb. “AZLİNG 2025” konfransında müasir dünya dilçilik elminin inkişaf meyilləri fonunda Azərbaycan dilinin mövcud problemləri və onların həlli istiqamətləri geniş müzakirə olunub.Konfrans iştirakçıları əvvəlcə Neftçala rayon Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər güllər düzüblər. Sonra “Azərbaycanın dilçilik nailiyyətləri” sərgisi ilə tanışlıq olub. Sərgidə Azərbaycan dilçiliyinin son illərdə əldə etdiyi elmi nəticələri əks etdirən müxtəlif nəşrlər nümayiş olunub.Konfransı açan Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində Ana dilimizlə bağlı səsləndirdiyi fikirlərə istinad edib. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq, dilin xalqın taleyi, kimliyi və mənəvi dəyərləri ilə sıx bağlı olduğunu bildirib.Sonra Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri Gülbağda Leysanova, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə çıxış ediblər. Natiqlər çıxışlarında konfransın əhəmiyyətini yüksək qiymətləndirib, qloballaşmanın sürətləndiyi bir dövrdə Azərbaycan dilinin qorunub saxlanmasının strateji önəm daşıdığını qeyd ediblər. Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışlarda, həmçinin dövlət dilinin inkişafı və onun cəmiyyət həyatında möhkəmləndirilməsi ilə bağlı qəbul olunmuş qərarların və irəli sürülən müvafiq tezislərin aktuallığı bir daha vurğulanıb.AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova ötənilki elmi konfransın materialları əsasında hazırlanmış linqvistik toplunun təqdimatını keçirib.Konfrans Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam etdirilib. O, AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabatı təqdim edib.Tədbir “Gənc dilçilər” forumu ilə davam etdirilib. Forumda Ümummilli Lider Heydər Əliyevin dil siyasətinin müasir Azərbaycan dilinə təsiri, dilçiliyin son inkişaf istiqamətləri və Ana dilinin saflığının qorunmasına yönəlmiş islahatlar barədə danışılıb.Sonra konfransın bölmə iclasları olub, 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik problemlərinə dair ən son elmi nəticələrini təqdim ediblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

Zərda Əliyeva

News Feed

Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52