Bu gün Azərbaycan jurnalistikasının tanınmış simalarından biri, Echo.az saytının və "Exo" qəzetinin təsisçisi və baş redaktoru Rauf Rəfail oğlu Talışinskinin doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1956-cı il noyabrın 16-da Azərbaycanda anadan olub.
Rauf Talışinski Azərbaycan mətbuatında öz dəsti-xətti ilə seçilən, peşəkarlığı və prinsipial mövqeyi ilə tanınan jurnalist idi. Onun rəhbərlik etdiyi media qurumları azad və müstəqil jurnalistikanın inkişafına mühüm töhfələr vermişdir. Rauf Talışinski həm də cəsarətli mövqeləri və həssas məsələlərə toxunması ilə oxucular arasında geniş hörmət qazanmışdı.
O, 2018-ci il mayın 8-də vəfat etmişdir. Lakin onun jurnalistikaya verdiyi töhfələr, əqidəsi və media sahəsindəki fəaliyyəti Azərbaycan mediasının inkişafında yadda qalan izlər qoyub.
Bu gün onun doğum günü münasibətilə jurnalistika sahəsində çalışanlar və media ictimaiyyəti onu hörmətlə anır, yaradıcılığını və prinsipiallığını yüksək qiymətləndirir.
Rauf Talışinskinin xatirəsi Azərbaycan jurnalistikasında əbədi yaşayacaq.

