Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi Abbas Mirzə Şərifzadə 16 noyabr 1938-ci ildə Bakıda vəfat edib.
"Tehsil365" xəbər verir ki, 1893-cü il martın 22-də Şamaxıda anadan olan Şərifzadə, Azərbaycan teatrının inkişafında mühüm rol oynamışdır.
O, uzun illər ərzində aktyor, rejissor və kino redaktoru kimi fəaliyyət göstərmiş, 1929-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1936-cı ildə isə Azərbaycan SSR xalq artisti fəxri adlarına layiq görülmüşdür. Abbas Mirzə Şərifzadə həm teatr, həm də kino sahəsində yaratdığı unudulmaz əsərlərlə Azərbaycan mədəniyyətinə böyük töhfələr vermişdir.
Bu gün sənətkarın anım günü kimi ölkədə teatrsevərlər və sənət ictimaiyyəti tərəfindən hörmətlə yad edilir. Abbas Mirzə Şərifzadənin irsi və yaradıcılığı Azərbaycan mədəniyyətinin inkişafında əvəzsiz yer tutur.

