Noyabrın 14-də Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edən, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in final mərhələsində iştirak hüququ qazanan şagirdlərlərlə görüş keçirilib.
“Tehsil365” Şirvan-Salyan Regional Təhsil İdarəsinin məlumatına əsasən xəbər verir ki, görüşdə Şirvan-Salyan RTİ-nin Tədrisi keyfiyyəti sektorunun müdiri Mahir Zahidov, Şirvan şəhəri üzrə təhsil sektorunun müdiri Varis Qasımlı, Şirvan şəhər Kimya-biologiya təmayüllü liseyin direktoru Hüseyn Mirzəyev və şagirdlər iştirak ediblər .
Görüş Festivalın final mərhələsində iştirak edəcək komandaların hazırlıq prosesi ilə bağlı həyata keçirilmişdir. Şagirdlər festivalda təqdim etdikləri layihələr barədə məlumat verib, təəssüratlarını bölüşüblər. Onların yaradıcılıq və innovativ düşüncə bacarıqları yüksək qiymətləndirilib.
Final mərhələsində iştirak edəcək bütün komandalara uğurlar arzulanıb.
Qeyd edilib ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı 2025-in final mərhələsində region üzrə 20 komanda iştirak hüququ qazanmışdır.

