SABAH qrupları Azərbaycan Rəssamlıq Akademiyasının tələbəsi Leyla Ağadiyeva“Baku Steel Art 2025” simpoziumunda “Əbədi dövran” adlı əsər yaradıb.
"Təhsil 365" xəbər verir ki, “Əbədi dövran” - həm damla, həm də yarpaq formasında su ilə təbiəti - həyatın iki əsas başlanğıcını birləşdirən arxetipik bir simvol kimi qurulub. Damla - planetin yaddaşını və enerjisini daşıyan başlanğıcdır. Yarpaq - Yer kürəsinin nəfəsi, suyun daşıyıcısı və tarazlığın rəmzidir, özündə yenilənmənin, böyümənin və saflığın qüdrətini daşıyır.

