‘’Həddindən artıq tələblər zəiflik faktoruna çevrilir. Nəticələr təkcə əhvali-ruhiyyəyə deyil, həm də fiziki rifaha təsir edir. Bu, yuxuya, konsentrasiyaya və motivasiyaya da təsir göstərir".
‘’Tehsil365’’ xəbər verir ki, bunu rusiyalı psixoloq Viktoriya Xaritonova deyib.
Onun sözlərinə görə, perfeksionizm, yəni hər şeyin mükəmməl icra etmək sindromu xroniki yorğunluğa və əhvali-ruhiyyənin pozulmasına səbəb olur.
Psixoloq izah edib ki, perfeksionizmə qarşı mübarizə aparmaq üçün ümumi tapşırıqları qısa dövrlər üçün planlaşdırmaq vacibdir. Bu, narahatlığı azaldır və təkrar işlərdən qaçmağa kömək edir.
Mütəxəssis əlavə edib ki, əgər insan nəticələrlə bağlı daimi narahatlıq yaşayırsa və müstəqil şəkildə bunun öhdəsindən gələ bilmirsə, peşəkarların köməyinə ehtiyacı olduğunu düşünməlidir.

