Bu gün, 17 noyabr, görkəmli nasir, publisist və jurnalist Əli İldırımoğlunun doğum günüdür.
"Tehsil365" xəbər verir ki, O, 1927-ci ildə Zəngəzur qəzasının Əliquluuşağı kəndində anadan olub.
Əli İldırımoğlu Azərbaycan ədəbiyyatı və jurnalistikasında uzun və məhsuldar yaradıcılıq yolu keçmişdir. O, 1963-cü ildən Azərbaycan Jurnalistlər Birliyinin, 1996-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin fəal üzvü olmuşdur. Yaradıcılığına görə 1988-ci ildə Azərbaycan SSR əməkdar jurnalisti fəxri adı ilə təltif edilmiş, 1998-ci ildə Əmək veteranı kimi qiymətləndirilmişdir.
Əli İldırımoğlu 1963-cü ildə “Qızıl qələm” mükafatına layiq görülmüş, 2007-ci ildə isə "Şöhrət" ordeni ilə təltif edilmişdir. Onun publisistik və ədəbi əsərləri dövrünün ictimai-siyasi və mədəni həyatını işıqlandırmış, oxucular arasında böyük maraqla qarşılanmışdır.
Əli İldırımoğlu 2020-ci il noyabrın 18-də Bakıda dünyasını dəyişmişdir. Onun zəngin yaradıcılığı və ictimai fəaliyyəti Azərbaycan mədəniyyəti və jurnalistikasında dərin izlər buraxmışdır.
Bu gün onun xatirəsi ehtiramla yad edilir və əsərləri yeni nəsillər üçün dəyərli irs olaraq qalır.

