Bu gün, 17 noyabr, Azərbaycanın görkəmli muğam ifaçısı, Azərbaycan SSR-in əməkdar və xalq artisti Əliövsət Şirəli oğlu Sadıqovun vəfatının ildönümüdür.
"Tehsil365" xəbər verir ki, O, 1906-cı ildə anadan olmuş və 1970-ci ilin bu günündə dünyasını dəyişmişdir.
Əliövsət Sadıqov muğam operalarında baş rolları ifa etməklə məşhurlaşmışdır. O, sənət sahəsindəki böyük xidmətlərinə görə iki dəfə "Şərəf nişanı" ordeni və medallarla təltif edilmişdir. 1943-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1956-cı ildə isə xalq artisti fəxri adlarını almışdır.
Sadıqovun sənəti Azərbaycan musiqi mədəniyyətində özünəməxsus yer tutur. Onun ifaları xalqın yaddaşında yaşayır və muğam sənətinin inkişafında böyük rol oynamışdır.
Bu gün onun xatirəsi hörmətlə yad edilir və sənət irsi gələcək nəsillərə nümunə olaraq qalır.

