Kitablar insanın dünyagörüşünü genişləndirən ən güclü vasitələrdən biridir. Son araşdırmalar göstərir ki, mütaliə etmək yalnız biliyi artırmır, həm də zehni sağlamlığı gücləndirir.
“Tehsil365” xəbər verir ki,mütaliə edən insanların yaddaşı və diqqət qabiliyyəti daha yaxşı inkişaf edir. Kitab oxumaq stressi azaldır, zehni rahatladır və yaradıcı düşüncəni stimullaşdırır. Maraqlı fakt isə odur ki, gündə yalnız 20 dəqiqə kitab oxumaq belə beyində sinir hüceyrələrinin fəaliyyətini artırır.
Mütəxəssislər kitab oxumağın həm zehni inkişaf, həm də psixoloji rahatlıq üçün vacib olduğunu vurğulayır. Sadə bir vərdiş kimi görünən mütaliə, əslində həyat keyfiyyətini artıran güclü vasitədir.

