Böyük Britaniyada aparılan bir araşdırmada qəhvənin insan beyninə və orqanizminə xeyri müəyyənləşib.
“Tehsil365” xəbər verir ki, qəhvənin ürək ritminin pozulması üçün faydalı olduğu bildirilir.
Araşdırmada gündə cəmi bir fincan qəhvə içməyin insanı ürək xəstəliklərindən qoruduğu müəyyən edilib. Bir çox insan üzərində araşdırma aparılıb. Və hər birində ürək ritminin yaxşılaşdığı müəyyən edilib.
Hesabatda həmçinin qeyd olunub ki, qəhvə qəfil ürək ölümünə, ürək çatışmazlığına və insultla nəticələnə bilən qulaqcıqların fibrilasiyasına müsbət təsir göstərir.

