Təhsil 365 - Logo Mobile

Türkiyədə “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirildi

7318.11.2025 - 07:45
Türkiyədə “Daşları toplama zamanı” adlı kitabın təqdimatı keçirildi

Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetində “Daşları toplama zamanı” adlı kitabın təqdimatı baş tutub.

Tehsil365” Teleqraf.com-a istinadən xəbər verir ki, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib və kitabın əhəmiyyətindən danışıb: “Tarixi əhəmiyyət daşıyan bu əsərin təqdimatı çox önəmlidir. Kitabın Azərbaycanın Milli Dirçəliş Günündə təqdim edilməsi xüsusilə anlamlıdır. Bu gün bütün dünyada yaşayan türklərin bayramıdır.

Torpaqlarımızın 20 faizi uzun illər işğal altında idi. 1 milyona yaxın vətəndaşımız qaçqın və köçkün statusunda yaşamağa məcbur qalmışdı. Birinci Qarabağ müharibəsində 20 min şəhid, İkinci Qarabağ müharibəsində isə 3000-dən çox şəhid verdik. Azərbaycan xalqı bu dövrdə böyük qəhrəmanlıq göstərdi. 2020-ci ildə aparılan Vətən müharibəsində torpaqlarımızı azad etdik. Bu, güclü siyasətin, dövlətin və millətin tarixi qələbəsidir".

Diplomat qeyd edib ki, kitab Azərbaycan həqiqətlərinin çatdırılmasında mühüm rol oynayacaq: “Ümid edirəm ki, bu kimi layihələr davam edəcək. Kitab üzərində çox dəyərli alimlər çalışıb.

Tədbirdə çıxış edən Türkiyənin Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin sabiq rəhbəri Səlçuk Karakılıç vurğulayıb ki, “Daşları toplama zamanı” intiqam hissi ilə yazılmış, şovinist və revanşist bir tarix kitabı deyil: "Azərbaycan türklərinin öz yetkinliklərini isbat etmək üçün yazılmış utopik bir xəyal kitabı da deyil. “Daşları toplama zamanı” sovet rus imperiyasının çəkdiyi süni sərhədlərin, Qərb və bəzi region ölkələrinin uydurma soyqırım iddiaları ilə Türkiyənin ayağına daş bağlamağa çalışarkən, Şərqi Anadoludakı erməniləri İrəvana yerləşdirərək Azərbaycan mədəniyyətinin və torpaqlarının necə mənimsənildiyinin tarixi sənədidir. Bu gün isə saxta tarixi sənədlərlə ört-basdır edilməyə çalışılır. Ermənistan ərazisindəki Azərbaycan mədəni irsi sistemli şəkildə silinir, azərbaycanlılar tərəfindən inşa edilmiş saraylar, məscidlər, qalalar, karvansaralar, kəndlər və şəhərlər dağıdılır. Bu, açıq şəkildə mədəni soyqırım və vandalizmdir.

Azərbaycanın Prezidenti cənab İlham Əliyev birinci dərəcəli diplomat və dövlət xadimidir. Çünki İkinci Qarabağ Vətən Müharibəsinin qalibi olduqdan sonra israrla sülh müqaviləsinin tezliklə imzalanması üçün təşəbbüslər göstərib. Amma qalib dövlət başçısı kimi tarixi həqiqətləri açıq şəkildə və yüksək diplomatik ustalıqla deməkdən çəkinməyib. Onlardan biri də Qərbi Azərbaycanın adını çəkməsidir".

Tədbirdə Qazi Universitetinin rektor müavini Necdet Hayta, "İrs" jurnalının baş redaktoru, publisist Musa Mərcanlı kitabın önəmindən danışıblar.




Amidə Zeynalova

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07