Misir “Cumana” kəşfiyyat quyusunda uğurlu qazma işlərindən sonra Qərbi Səhra regionunda yeni təbii qaz ehtiyatları tapdığını elan edib.
“Tehsil365” Misirin Neft və Mineral Ehtiyatlar Nazirliyinə istinadla xəbər verir ki, ilkin qiymətləndirmələrə görə, yataqdan gündəlik 36 milyon kubfut təbii qaz çıxarıla bilər.
Qazıntı işlərini beynəlxalq “Apache” şirkəti həyata keçirir.

