Mingəçevir Turizm Kollecinin komandası 20 noyabr 2025-ci ildə Azərbaycan Texnologiya Universitetində Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən “Zəfərimiz əbədidir” adlı intellektual yarışda iştirak edib.
“Tehsil365” Kollecin məlumatına əsasən xəbər verir ki, Komanda 17 iştirakçı kollektiv arasında ümumi sıralamada dördüncü, kolleclər arasında isə birinci yeri tutub.
Kollec rəhbərliyi komanda üzvlərini əldə etdikləri nailiyyət münasibətilə təbrik edib və növbəti yarışlarda uğurlar arzulayıb.

