Təhsil 365 - Logo Mobile

NDU-da “İlham Əliyev: qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003–2023)” kitabının təqdimatı keçirilib

10424.11.2025 - 09:30
NDU-da “İlham Əliyev: qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003–2023)” kitabının təqdimatı keçirilib

Noyabrın 21-də Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında universitetin “Azərbaycan tarixi” kafedrasının professoru Sevinc Abbasovanın müəllifi olduğu, Azərbaycan və ingilis dillərində nəşr olunan “İlham Əliyev: qadınlara istiqamətli qlobal təşəbbüslər və gender bərabərliyinin inkişafı (2003–2023)” adlı kitabın təqdimatı keçirilib.

“Tehsil365” xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxış edərək Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət qadın siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Rektor bildirib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən təqdimatın məhz bu dövrə təsadüf etməsi təsadüfi deyil. O qeyd edib ki, ölkəmizdə qadın hüquqlarının qorunması, sosial ədalət və insan ləyaqətinin təmin edilməsi Azərbaycan Konstitusiyasının və dövlət suverenliyinin əsas dəyərlərindəndir. Elbrus İsayev kitab müəllifinin tarixi faktlara və etibarlı mənbələrə əsaslanaraq dəyərli bir iş ortaya qoyduğunu bildirib.

NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Elsəvər Əsədov çıxışında vurğulayıb ki, kitabda Azərbaycanda qadınların təhsil hüquqları, gender bərabərliyi və sosial inkişafla bağlı mühüm materiallar yer alıb. Qeyd edilib ki, nəşr universitetin Elmi Şurasının qərarı ilə çap olunub.

Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva kitabı Azərbaycan gender siyasətinin son 20 illik xronologiyası adlandırıb. O bildirib ki, belə nəşrlər həm tədqiqatçılar üçün dəyərli mənbə rolunu oynayır, həm də gəncləri cəmiyyətə aktiv sosial mövqe tutmağa həvəsləndirir.

Tədbirdə “Azərbaycan tarixi” kafedrasının müdiri Xəzər Hüseynov, Bakı Dövlət Universitetinin müəllimi Vəsilə Möhsümova, Naxçıvan Hərbi Kollecinin rəisi polkovnik Yaşar Hüseynov, Tarix-filologiya fakültəsinin dekan müavini Qadir Əkbərov, “Azərbaycan ədəbiyyatı” kafedrasının müdiri Nurlana Əliyeva və “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının müdiri Şəhla Şirəliyeva çıxış edərək kitabın müzakirələr üçün geniş imkan yaratdığını və mühüm bir tədqiqat əsəri olduğunu bildiriblər.

Sonda kitabın müəllifi, professor Sevinc Abbasova nəşrin ərsəyə gəlməsində dəstək göstərən hər kəsə və universitet rəhbərliyinə yaradılan elmi imkanlara görə təşəkkürünü bildirib.

Qeyd edək ki, kitabda 2003–2023-cü illər ərzində Ulu Öndər Heydər Əliyev, Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən və müstəqil Azərbaycanın inkişafında mühüm rol oynayan gender siyasətinin əsas istiqamətləri əhatə olunub.

Nərgiz Süleymanova

News Feed

Azərbaycan Bayrağı REKORD QIRDI21.11.2025 - 07:00
Bağçalarda müəllimlərin 99,9 faizi qadındır - təhsildə kişi kadr çatışmazlığı artır13.11.2025 - 12:20
Geomaqnit qasırğası müşahidə olunur07.11.2025 - 17:13
Məktəbəqədər və ümumi təhsil üzrə ictimai dinləmə keçirilib31.10.2025 - 17:30
Mədəniyyət Nazirliyində Türkmənistan nümayəndə heyəti ilə görüş keçirilib13.10.2025 - 13:20
Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07